5 fevral 2014 20:30
Qızlarımız Krivoy-Roqdan 3 qızıl, 5 gümüş və 2 bürünc medal gətirdi
Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən yeniyetmə və gənc qızlardan ibarət yığma komandanın üzvləri, ümumilikdə 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb.
Güləşçilərimizdən Şəfəq Muradzadə (48 kq), Leyla Qurbanova (51 kq) və Raqnetta Qurbanzadə (67 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələniblər.
Türkan Nəsirova (44 kq), Anna Pavliv (48 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (59 kq) və Elmira Qəmbərova (63 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Şəbnəm Əhmədova (51 kq) və Dərya Korin (63 kq) qazandırıb.
(AGF)
