Güləşçi hakimlər üçün daha bir seminar keçirilib
Bu gündən başlayaraq yeniyetmə güləşçilərin Azərbaycan çempionatına seçim xarakterli Region turnirləri start götürüb. Azerisport.az seçim turnirlərinin FILA qaydalarına uyğun keçirilməsi və görüşlərin idarə edilməsində hakimlərin təlimatlandırılması məqsədilə Olimpiya Güləş Mərkəzində milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib.
AGF-nin Hakimlər Kollegiyası tərəfindən aparılan seminarda məqsəd Beynəlxalq Güləş Federasiyası tərəfindən güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklər barədə hakimləri bir daha məlumatlandırılıb, son keçirilən yarışlardan videogörüntülər izlədilərək qaydalar izah edilib, yeni qaydalar barədə nəzəri vəpraktiki biliklər paylaşılıb. Mübahisəli məqamlar monitorda göstərilərək müzakirə edilib.
(AGF)
