4 fevral 2014 11:22
Güləşçilərimiz Təxti Kubokuna yollandı
Fevralın 6-7-də İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışa 7 pəhləvan yollanıb.
Heyətdə Mircəlal Həsənzadə, Namiq Sevdimzadə (hər ikisi 57 kq), Ümüd Məmmədov (61 kq), Coşqun Əzimov (65 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (86 kq) və Roman Bəkirov (97 kq) yer alıb.
Turnirin görüşlərini idarə edən hakimlər arasında ölkəmizi beynəlxalq dərəcəli referi Xanmirzə Məlikəliyev təmsil edəcək.
(AGF)
