4 fevral 2014 17:44

Əjdər Cəfərov: Onda gərək xristian olan güləşçilərimizi zala buraxmayaq

Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Avropa çempionu Elçin Əliyevin saqqalına görə millidən qovulmasına İnterpress.az vasitəsilə aydınlıq gətirib. Azerisport.az Əjdər Cəfərovun fikirlərini diqqətinizə çatdırır:

Baş katib Elçin Əliyevin tamamilə haqsız olduğunu deyib:

"Elçin Əliyev həddindən artıq uzun saqqal saxlayır. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən həddindən artıq saqqal saxlamaq gigiyena baxımından düzgün deyil. Bunu biz yox, beynəlxalq qaydalar deyir. Mən özüm də bir vaxtlar Elçinə xəbərdarlıq etmişəm ki, saqqalını azalt. Ona deyən yoxdur ki, tamamilə saqqalını təmizlə. Mən özüm də namaz qılanam. Bizim Federasiyada dini və irqi baxımından idmançılara fərq qoyulmur. Belə olsaydı yığmamızda olan xristian dininə qulluq edən güləşçiləri gərək zala buraxmayaydıq". 

Əjdər Cəfərov Elçin Əliyevi federasiyaya dəvət edərək yenidən onunla danışacağını deyib.

Xatırladaq ki, Avropa çempionu Elçin Əliyev saqqalına görə təzyiqə məruz qaldığını bildirir. Elçin Əliyev sələfi təriqətinə mənsub olması şiə olan iranlı məşqçinin xoşuna gəlmədiyindən o, millinin düşərgəsini tərk edib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.