2 fevral 2014 21:13

Vehbi Emrenin xatirə turnirində ikinci gün: 1 gümüş və 1 bürünc medal

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir başa çatıb. Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızla bərabər, Türkiyə, Qazaxstan, Ukrayna, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Moldova, Litva, Özbəkistan, İran, Livan, Rumıniya və Qırğızıstandan olan güləşçilər də mübarizə aparıb.

Turnirin ilk günündə yığma komandamız 1 qızıl və 2 bürünc medala sahib olub. Rəsul Çunayev (71 kq) qızıl, Rüstəm Əliyev (71 kq) və Saman Təhmasibi (98 kq) bürünc medal əldə edib. 

Turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub. 

85 kq-da mübarizə aparan Şəhriyar Məmmədov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq iki Türkiyəli və Özbəkistanlı rəqiblərini məğlub edən güləşçimiz finalda Belarus təmsilçisi ilə qarşılaşıb. Görüşü məğlub başa vuran Şəhriyar gümüş medalla kifayətlənib. 

75 kq-da Elvin Mürsəliyev ilk görüşünü qələbə ilə başa vursa da ikinci görüşdə məğlub olub. Rəqibinin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı qazanan güləşçimiz bu imkanı yaxşı dəyərləndirib və vaxtından əvvəl görüşün taleyini həll edib. Medal yolunda həlledici görüşdə Elvin Mürsəliyev İran güləşçisi qarşılaşıb. Minimal hesablı qələbə qazanan güləşçimiz bürünc medala sahib olub. 

Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz 39 xal toplayaraq komanda hesabında üçüncü yeri tutub. Türkiyə birinci, Belarus ikinci sırada qərarlaşıb.

66 kq 
1/16 final - Kamran Məmmədov - Janibek Kandibayev (KAZ) 10-8
1/16 final - Ruhin Mikayılov - Arçil Turmanidze (GEO) 0-7
1/8 final - Kamran Məmmədov - Bobirek Zaylobidinov (UZB) 3-0
1/4 final - Zaur Kabaloev (RUS) - Kamran Məmmədov 3-0

75 kq 
1/8 final - Elvin Mürsəliyev - Şeref Tüfeng (TUR) 5-2
1/4 final - Emrah Kuş (TUR) - Elvin Mürsəliyev 8-0
Təsəlliverici görüş - Batuhan Koyuncu (TUR) - Elvin Mürsəliyev 0-8
Bürünc medal görüşü - Elvin Mürsəliyev - Payam Bouyeri Payani (İRİ) 1-0

85 kq 
1/8 final - Ahmet Yıldırım (TUR) - Şəhriyar Məmmədov 0-2
1/4 final - Şəhriyar Məmmədov - Sadık Keskin (TUR) 4-3
1/2 final - Şəhriyar Məmmədov - Rustam Assakalov (UZB) 2*-2
FİNAL - Cavid Hamzatov (BLR) - Şəhriyar Məmmədov 8-0

130 kq 
1/8 final - Vitali İlnidski (RUS) - Sabah Şəriəti

(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.