31 yanvar 2014 13:21
Yığmamızın heyəti açıqlandı
Fevralın 1-2-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunan 32-ci ənənəvi beynəlxalq turnir keçiriləcək. Azərisport.azın məlumatına görə Ahmet Cömert İdman Salonunda keçiriləcək yarışda yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası da iştirak edəcək. Ölkəmiz yarışda 10 idmançıyla təmsil olunacaq. Məşqçilər Eldəniz Əzizli (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq), Saman Təhmasibi (98 kq) və Sabah Şəriətini (130 kq) sınamaq qərarına gəlib. Asif Şirəliyev beynəlxalq turnirdə hakim qismində iştirak edəcək.
Qeyd edək ki, yarışın reqlamentinə əsasən fevralın 1-də 59, 71, 80 və 98, fevralın 2-də isə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
