18 yanvar 2014 00:55

Güləşçilərimiz təlim-məşq toplanışını davam etdirir

2014-cü ilin təqvim planına əsasən qarşıdan gələn yarışlara hazırlıq məqsədilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yunan-roma güləşi üzrə ölkə yığma komandasının üzvləri baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusunun nəzarətində qarşıdan gələn yarışlara hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir.

Yunan-roma güləşçilərimiz 23-24 yanvar 2014-cü il tarixdə Tehranda Yadigar İmam Kuboku uğrunda beynəlxalq turnirdə və 1-2 fevral 2014-cü il tarixdə İstanbulda keçiriləcək Vehbi Emrenin xatirə turnirində qüvvələrini sınayacaq. 

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda isə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçdiyi təlim-məşq toplanışından sonra bu dəfə Tbilisiyə yollanacaq. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 30-a yaxın idmançının iştirakı ilə keçiriləcək təlim-məşq toplanışı yanvarın 18-dən fevralın 4-dək davam edəcək. Təlim-məşq toplanışı yekunlaşdıqdan sonra komanda üzvlərinin 15-16 fevral 2014-cü il tarixdə İstanbulda Yaşar Doğunun xatirəsinə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.

(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.