9 yanvar 2014 13:44
Zlateva Bakıya toplanışa gələcək
Güləş üzrə qadınlardan ibarət Bolqarıstan yığmasının lideri, 2008 və 2012-ci il Olimpiadasının gümüş mükafatçısı Stanka Zlateva toplanışı Azərbaycanda keçəcək. Azerisport.az Bolqarıstan KİV-nə istinadən xəbər verir ki, toplanış Bolqarıstan idman nazirliyi tərəfindən maliyyələşdiriləcək.
Xatırladaq ki, Zlateva əvvəllər Azərbaycanın şərəfini qoruya biləcəyini istisna etməyib. O, həmçinin, hazırda sərbəst güləş üzrə Azərbaycan yığmasını çalışdıran Semyon Şterevlə işləmək istəyində olduğunu bildirib. Ancaq dekabrda Bolqarıstan idman rəhbərliyi ilə görüşdən sonra, tərəflər çox güman ki, maliyyə məsələlərində razılığa gəliblər.
