27 dekabr 2013 13:13
Azərbaycan çempionatına əlavə polis qüvvələri cəlb ediləcək
Azərbaycan Güləş federasiyası yerli miqyasa yarışların keçirilməsi zamanı asayişin qorunmasını gücləndirmək qərarına gəlib. Azerisport.az xəbər verir ki, növbəti ildən yerli miqyasda keçiriləcək bütün yarışlara əlavə polis qüvvələri cəlb ediləcək.
Bu qərar, son ölkə çempionatı zamanı baş vermiş xoşagəlməz hadisədən sonra qəbul edilib.
Xatırladaq ki, o zaman yarış iştirakçılarından birinin dostları bıçaqlaşma salmışdılar.
