27 dekabr 2013 12:55
Müşfiq İsayevin xatirə turniri yanvarın 18-də start götürəcək
Yeni İldə Azərbaycan güləşinin ilk böyük yarışı Müşfiq İsayevin xatirəsinə həsr edilmiş turnir olacaq. Azersiport.az xəbər verir ki, yeniyetmə sərbəst güləşçilər arasında keçiriləcək yarış, 2014-cü il yanvarın 18-də “Sərhədçi” idman kompleksində start götürəcək.
