22 dekabr 2013 11:00

Ölkə çempionu yunan-roma güləşçiləri məlumdur (FOTO)

“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın təntənəli açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov ölkəmizdə idmana, xüsusən güləş idman növünə dövlət qayğısından bəhs edib, dövlət başçısı cənab İlham Əliyevin idmançıların məşq şəraiti ilə yanaşı, ailə-məişət problemlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
 
Güləşçilərimizin beynəlxalq arenalardakı nailiyyətlərindən söz açan natiqlər, ədalətli mübarizə şəraitində keçirilən Azərbaycan çempionatının iştirakçılarına uğurlar arzulayıb. 

Daha sonra baş katib Əjdər Cəfərov AGF rəhbərliyi adından yarışları açıq elan edib. Dövlət himninin səslənməsi ilə açılış mərasiminin rəsmi hissəsi başa çatıb. 

Çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 55, 60, 66 və 74 kq çəki dərəcələrində 76 pəhləvan çempionluq uğrunda mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakılardır. 
 
55 kq
1. Orxan Əhmədov - Lokomotiv 
2. Murad Bazarov - Neftçi İSM
3. Murad Məmmədov - Sumqayıt, Neftçi İSM 
3. Eldəniz Əzizli - Neftçi İSM 
 
 
 
 
60 kq
1. Taleh Məmmədov - Neftçi İSM
2. Elman Muxtarov - Neftçi İSM
3. Rövşən Tağıyev - Neftçi İSM
3. Elçin Əliyev - Sumqayıt, Neftçi İSM
 
 
 
 
 
 
66 kq 
1. Həsən Əliyev - Neftçi İSM 
2. Azad Əliyev - Neftçi İSM
3. Cavid Əsədov - MOİK
3. Kamran Məmmədov - DİN İC
 
 
 
 
74 kq
1. Rüstəm Əliyev - DİN İC
2. Niyaməddin İbrahimov - Neftçi İSM 
3. Hacımurad Bağmanov - Balakən, Neftçi İSM
3. Samran Nəsibov - Gömrük

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunurlar.

22 dekabrda isə yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq, dekabrın 23-də isə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək.
 
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.