18 dekabr 2013 17:17

Güləşçilərin yeni çəki dərəcələri açıqlandı

Beynəlxalq Güləş Federasiyası tərəfindən yeni çəki dərəcələri müəyyənləşdirilib. Azerisport.az xəbər verir ki, 2014-cü ilin yanvarından etibarən FILA təqvim planı üzrə bütün yarışlar dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək. 

Sərbəst güləş: 57, 61, 65, 70, 74, 86, 97, 125 
Yunan-Roma güləşi:  59, 66, 71, 75, 80, 85, 98, 130 
Qadın güləşi:  48, 53, 55, 58, 60, 63, 69, 75 

2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında isə güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar. 

Sərbəst güləş: 57, 65, 74, 86, 97, 125 
Yunan-Roma güləşi: 59, 66, 75, 85, 98, 130 
Qadın güləşi:  48, 53, 58, 63, 69, 75 

Yeniyetmə və gənc güləşçilərin çəki dərəcələrində isə dəyişiklik baş verməyib. 

Bundan başqa güləş qaydalarında da bəzi dəyişikliklər təsdiqlənib. 

Texniki qələbə üçün sərbəst güləşdə 10 xal, yunan-Roma güləşində isə 8 xal fərqinə nail olmaq lazımdır. Sərbəst güləşçilər hər aşırma fəndinə görə 4 xal qazanacaq. Yunan-Roma güləşində rəqibi aşırma və nəzarətdə saxlama fəndinə görə 4 xal, rəqibə effektli fənd tətbiq etməyə görə 5 xal veriləcək. Ardıcıl iki 3 xallıq və bir 5 xallıq fənd görüşün başa çatması ilə nəticələnəcək. Yunan-Roma güləşində hesab 0:0 olarsa, sonuncu xəbərdarlıq alana məğlubiyyət veriləcək.
 
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.