10 dekabr 2013 11:00
Yordanov yenə Zlatevanın Azərbaycanda güləşməsinə qarşı çıxdı
Bolqarıstan Güləş Federasiyasının prezidenti Valentin Yordanov, yerli mətbuatda, bu ölkənin qadınlardan ibarət milli komandasının lideri Stanka Zlatevanın (72 kq), onun yaxşı tanıdığı mütəxəssis - Azərbaycanın sərbəst güləş üzrə baş məşqçisi Semyon Şterovun rəhbərliyi ilə hazırlıq keçmək istəyinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, olimpiya çempionu, onun rəhbərlik etdiyi təşkilatın titullu güləşçinin Bakıda məşq etməsinin haqqını ödəyə bilməyəcəyini deyib:
“Mən Zlateva ilə Şterovun arasında olan münasibəti əngəlləmək istmirəm. Amma onun Azərbaycana yollanmağını da maliyyələşdirə bilmərik. Stanka ilə danışmışam. Dedim ki, onun milli komandamızın heytində çıxışının davam etməsini istəyirəm”.
Xatırladaq ki, AGF, 5-qat dünya və Avropa çempionuna Azərbaycan tərəfdən güləşməsinin qarşılığında FBB-yə 1 milyon avro ödəməyə razılıq verib.
