9 dekabr 2013 12:33

Yeniyetmələrimiz Kiyevdən 16 medalla qayıdır (FOTOLAR)

Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının və Heydər Əliyev adına Ukrayna-Azəbaycan təhsil, elm, mədəniyyət və idman Mərkəzinin təşəbbüsü ilə Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə güləş üzrə yeniyetmələr arasında keçirilən V beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan və Ukraynayla yanaşı, Belarusiya, Rusiya, Moldova, Almaniya, Özbəkistan və Rumıniya komandaları iştirak edib və mükafatlar uğrunda ümumilikdə 360 güləşçi yarışıb. 

Turnir başlanmazdan əvvəl onun təşkilatçıları, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, yarışların iştirakçıları, diasporumuzun nümayəndələri Kiyevdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bağdakı abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Turnirdə iştirak edən sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıb. 

Güləşçilərimizdən Əfqan Xaşalov (54 kq), Mahir Əmiraslanov (58 kq), Teymur Məmmədov (69 kq), Hacımurad Maqomedsaidov (76 kq), Maqomedrasul Qazımaqomedov (85 kq) və İqbal Hacızadə (100 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. 

Pənah İlyaslı (63 kq), Orxan Həsənov (85 kq), Ülkər Babayeva (40 kq) və Ləman Qurbanova (56 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Babək Hüseynov (42 kq), Əlabbas Rzazadə (46 kq), Füzuli Hüseynov (54 kq), Haldun Məmmədov (58 kq), Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıb. 
 
(AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.