25 noyabr 2013 14:00

Güləşçilərimiz “Qızıl Qran-Pri”ni 24 medalla tamamladı

2008-ci ildən başlayaraq hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnurinin final mərhələsi Azərbaycanda keçirilir. Azerisport.az xəbər verir ki, bu il keçirilən turnirdə 33 ölkədən 400-ə qədər idmançı öz qüvvəsini sınadı. Yığma komandalarımız öz inamlı çıxışları ilə yadda qaldı. Belə ki, hər üç növ güləş yığmaları 9 qızıl, 6 gümüş və 9 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 24 medal qazandırdı.
 
Yarışın ilk günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 5 qızıl, 2 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 10 medal qazanıblar. Bu son altı ildə analoji turnirdəən yüksək nəticə sayıla bilər. Qızıl medalları Kamran Məmmədov (60 kq), Rəsul Çunayev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq) və Sabahi Sariat (120 kq) qazanıb. Orxan Əhmədov (55 kq) və Vitali Rəhimov (66 kq) gümüş medalla kifayətlənib. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq) və Şəhriyar Məmmədov (84 kq) bürünc medala layiq görülüblər.
 
Turnirin ikinci günü qadın güləşçiləri arasında qaliblər müəyyən olunub. 5 çəki dərəcəsində mübarizə aparan qadın güləşçilərimizdən yalnız Yuliya Ratkeviç (59 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Anjela Doroqan (48 kq) və Raqnetta Qurbanzadə (63 kq) turniri bürünc medalla yekunlaşdırıblar.
 
Yarışların son günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 11 medal qazanıb. Əhmədnəbi Qvarzatilov (60 kq), Həmzət Osmanov (84 kq) və Xetaq Qazyumov (96 kq) turnirin qızıl medalına sahib olub. Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Şərif Şərifov (96 kq) vəƏli İsayev (120 kq) yanız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Ruslan Dibirhacıyev (66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) turniri bürünc medalla yekunlaşdırıb.
 
Ötən illərdə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda görərik ki, 2008-ci ildə 9 qızıl, 6 gümüş, 7 bürünc medal olmaqla 22 medal, 2009-cu ildə 5 qızıl, 4 gümüş, 11 bürünc medal olmaqla 20 medal, 2010-cu ildə 5 qızıl, 4 gümüş, 6 bürünc medal olmaqla 15 medal, 2011-ci ildə 9 qızıl, 6 gümüş, 11 bürünc medal olmaqla 26 medal, 2012-ci ildə 5 qızıl, 6 gümüş, 11 bürünc medal olmaqla 22 medal qazanılıb.
 
Son 6 ilin yekunlarına əsasən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində pəhləvanlarımız 42 qızıl, 32 gümüş və 55 bürünc medal olmaqla ümumilikdə 129 medal qazanıb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.