24 noyabr 2013 21:34

Son gündə 3 qızıl, 4 gümüş və 4 bürünc medal

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin songünündə bütün çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Sərbəst güləşçilərimiz ümumilikdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.
 
Əhmədnəbi Qvarzatilov (60 kq), Həmzət Osmanov (84 kq) və Xetaq Qazyumov (96 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Yaşar Əliyev (55 kq),  Hacı Əliyev (60 kq), Şərif Şərifov (96 kq) və Əli İsayev (120 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə komandamıza Ruslan Dibirhacıyev (66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) qazandırıb. 
 
Qalib və mükafatçılara medal, diplom, pul mükafatı ilə yanaşı, xüsusi olaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi üçün hazırlanmış qol saatı və qızıl döş nişanları hədiyyə olunub.
 
55 kq
1/8 final – Ruslan SURXAYEV – Eslobed Angel (USA) 4-4*
 ¼ final – Artem Gebekov (RUS) – Yaşar ƏLİYEV 8-8*
 ¼ final – Mircəlal HƏSƏNZADƏ - Eslobed Angel (USA) 5-0
1/2 final - Yaşar ƏLİYEV - Mircəlal HƏSƏNZADƏ 7-4
FİNAL - Fumitaka Morişita (JPN) - Yaşar ƏLİYEV 5-3
Bürünc medal görüşü - Artem Gebekov (RUS) - Mircəlal HƏSƏNZADƏ 10-4
 
60 kq
1/8 final – Jim Kennedi (USA) – Hacı ƏLİYEV 6-7
 1/8 final – Əhmədnəbi QVARZATİLOV – Soslan Aziev (RUS) 15-7
 1/4 final – Ümid MƏMMƏDOV – Aleksandr Bogomoev (RUS) 6-5
1/4 final - Hacı ƏLİYEV - Rustam Ampar (RUS) 8-3
1/4 final - Əhmədnəbi QVARZATİLOV - Sezer Akgul (TUR) 7-0
1/2 final - Ümid MƏMMƏDOV - Hacı ƏLİYEV 3-6
1/2 final - Əhmədnəbi QVARZATİLOV - Vladimer Xinçeqaşvili (GEO) 7-0
FİNAL - Hacı ƏLİYEV - Əhmədnəbi QVARZATİLOV 6-6*
Bürünc medal görüşü - Jim Kennedi (USA) - Ümid MƏMMƏDOV 6-1
 
66 kq
1/8 final – Ruslan DİBİRHACIYEV – Pedro Kordero (PUR) 8-0
 1/8 final – İlyas Bekbulatov (RUS) – Coşqun ƏZİMOV
 1/8 final – Məhəmməd MÜSLÜMOV – Ağahüseyn MUSTAFAYEV 5*-5
1/4 final - Franklin Gomez Matos (PUR) - Ruslan DİBİRHACIYEV 0-5
1/4 final - İlyas Bekbulatov (RUS) - Məhəmməd MÜSLÜMOV 8-4
1/2 final - Ruslan DİBİRHACIYEV - İlyas Bekbulatov (RUS) 4-7
Bürünc medal görüşü - Məhəmməd MÜSLÜMOV - Ruslan DİBİRHACIYEV 1-8
 
74 kq
 1/8 final – Əşrəf ƏLİYEV – Marius Atofani (ROU) 8-0
 1/8 final – Kleopas Nkube (CAN) – Emin ƏZİZOV 1-7
 1/8 final – Cəbrayıl HƏSƏNOV – Bəxtiyar İSRAFİLLİ 10-4
1/4 final - Hacı Hacıyev (RUS) - Əşrəf ƏLİYEV 4-1
1/4 final - Emin ƏZİZOV - Cəbrayıl HƏSƏNOV 0-2
1/2 final - Rəşid Kurbanov (UZB) - Cəbrayıl HƏSƏNOV 9-8
Bürünc medal görüşü - Yakup Gör (TUR) - Cəbrayıl HƏSƏNOV 4-7
Bürünc medal görüşü - Əşrəf ƏLİYEV - Duqlas Dake (USA) 3*-3
 
84 kq
1/8 final – Dauren Kurugliev (RUS) – İbrahim YUSUBOV 8-0
 1/8 final – Aleksandr QOSTİYEV – Axmed Albuev (FRA) 14-6
 1/8 final – Həmzət OSMANOV – Abdulrəşid Sadullaev (RUS) 8-2
1/4 final - Aleksandr QOSTİYEV - Abdulkadir Ozmen (TUR) 7-0
1/4 final - Həmzət OSMANOV - Michael Gavin (USA) 8-0
1/2 final - Aleksandr QOSTİYEV - Həmzət OSMANOV 2-4
FİNAL - Soslan Kotçoev (RUS) - Həmzət OSMANOV 0-3
Bürünc medal görüşü - Abdulrəşid Sadullaev (RUS) - Aleksandr QOSTİYEV 5-4
 
96 kq
1/8 final – Xetaq QAZYUMOV – Arif Mohammadi (İRİ) 8-0
 ¼ final – Şərif ŞƏRİFOV – Alixan Jamayev (KAZ) 5-0
 ¼ final – Hacı ƏLİCANOV – Nikolay Çeban (MDA) 0-8
1/4 final - Ali Bonceoglu (TUR) - Xetaq QAZYUMOV 0-8
1/2 final - Şərif ŞƏRİFOV - Nikolay Çeban (MDA) 8-0
1/2 final - Pavlo Olinik (UKR) - Xetaq QAZYUMOV 1-5
FİNAL - Şərif ŞƏRİFOV - Xetaq QAZYUMOV 0-7
 
120 kq
1/8 final – Oleksandr Xotsianivski (UKR) – Cəmaləddin MƏHƏMMƏDOV 6-0
 ¼ final – Yecan Dussenbekov (KAZ) - Əli İSAYEV 0-5
 ¼ final – Aslan DZEBİŞOV - Oleksandr Xotsianivski (UKR) 1-4
1/2 final - Əli İSAYEV - Mohammad Sajedi (IRI) 4-3
FİNAL - Əli İSAYEV - Oleksandr Xotsianivski (UKR) 0-6
Bürünc medal görüşü - Cəmaləddin MƏHƏMMƏDOV - Daniel Çintoan (ROU) 7-0

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.