23 noyabr 2013 00:50
Qızıl Qran-Pri iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO)
Güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları noyabrın 22-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Azerisport.az güləş federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi və FILA nümayəndələri, AGF rəsmiləri, idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş Ulu Öndərin xatirəsini ehtiramla anıb, onun abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra nümayəndə heyəti abidə önündə xatirə şəkli çəkdiriblər.
.jpg)
