23 noyabr 2013 23:43
İkinci gündə 1 qızıl, 2 bürünc medal
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, turnirin ikinci günündə bütün çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər müəyyənləşib.
Azərbaycan qadın güləşçiləri 5 çəki dərəcəsində mübarizə aparıb. Güləşçilərimizdən yalnız Yuliya Ratkeviç (59 kq) inamlı təsir bağışlayıb. Final görüşündə də rəqibindən üstün olan təmsilçimiz qızıl medala sahib olub. 48 kq-da mübarizə aparan Anjela Doroqan və 63 kq-da təmsilçimiz Raqnetta Qurbanzadə isə bürünc medal qazanıb. Beləliklə, qadın güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurub.
Qalib və mükafatçılara medal, diplom, pul mükafatı ilə yanaşı, xüsusi olaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi üçün hazırlanmış qol saatı və qızıl döş nişanları hədiyyə olunub.
48 kq
1/8 final
Cesika Blazska (NED) - Şəfəq MURADZADƏ 2-10
Narangerel Erdenesux (MGL) - Kəmalə ƏLİYEVA
Viktoriya Antoni (USA) - Anjela DOROQAN
1/4 final
Fredrika Peterson (SWE) - Şəfəq MURADZADƏ
Bürünc medal görüşü - Anjela DOROQAN - Fredrika Peterson (SWE)
55 kq
1/4 final
Yarina DUBOVSKA - Risako Kavai (JPN)
Bürünc medal görüşü - Yarina DUBOVSKA - İrina Husyak (UKR)
59 kq
1/4 final
Marianna Sastin (HUN) - İrina NETREBA
1/2 final
Yuliya RATKEVİÇ - Katsuki Sakagami (JPN)
FİNAL - Yuliya RATKEVİÇ - Munxtuya Tungalag (MGL)
63 kq
1/2 final
Raqnetta QURBANZADƏ - Henna Katarina Johansson (SWE)
Bürünc medal görüşü - Tatyana Lavrençuk (UKR) - Raqnetta QURBANZADƏ
67 kq
1/8 final
Nataliya PALAMARÇUK - Nasanburmaa Oçirbat (MGL)
1/4 final
Gözəl ZUTOVA - Yoşiko İnoue (JPN)
