21 noyabr 2013 12:06

Qızıl qran-pri - Xeyrabadi üçün son şans?

Ötən il böyük ümidlərlə yunan-Roma güləşi üzrə milli komandanın başına gətirilən Cəmşid Xeyrabadi ona bəslənən etimadı hələ də doğrultmayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan komandası onun rəhbərlik etdiyi mötəbər yarışlarda hətta qızıl medala həsrətdi.
 
Martda Tiflisdə keçirilmiş Avropa çempionatında ən yüksək nəticə 1 gümüş mükafat olub. 2 pəhləvanımız isə  3-cü yer tutub. Macarıstanın paytaxtı Budapeştdə təşkil olunmuş dünya çempionatında iranlı mütəxəssisi şəxsi tələbəsi Saman Təhmasibi (84 kq) qurtardı. O, finalda Arazın o tayından olan həmvətəni Talib Nematpura uduzdu. 96 kq-da Şalva Qadabazde isə “bürünc”lə kifayətləndi.
 
Əldə etdiyimiz məlumata görə, 22-24 noyabrda Bakıda keçiriləcək FİLA-nın “Qızıl qran-pri”si Xeyrabadi üçün son şansdı. Çünki federasiya rəhbərliyi bütün milli komandalardan, özəlliklə yunan-Roma güləşindən yüksək nəticə tələb edir. Üstəlik, daim böyük uğurlara alışmış AGF bu mövsümdə “klasskilər”in çıxışından qəti narazıdı. 2015-ci ildə paytaxtda keçiriləcək ilk Avropa oyunlarında qarşıya yüksək hədəf qoymuş Güləş federasiyası gələn ildən böyük fəallıqla bu mötəbər yarışlara hazırlaşmağa başlayacaq; olimpiya çempionlarımızın o vaxtda əla formaya gətirilməsi üçün növbəti mövsümdən döyüşə atacaq.
 
Nəzərinizə çatdıraq ki, AGF iranlı mütəxəssisə hər şəraiti yaradıb və onun bütün tələbini yerinə yetirib. Misal üçün, yunan-Roma güləşi üzrə komandamızda məşqlər korpusu və tibbi heyət yalnız iranlılardan ibarətdi. Arazın o tayından olan güləş mütəxəssislərindən baş məşqçimiz barədə rəy almışıq. İranlılar həmyerliləri haqda deyiblər ki, o yaxşı insan olsa da, çalışdırıcı kimi səviyyəsi yüksək deyil. Cənublular yaxşı mütəxəssislərin ölkədən buraxılmadığını bildiriblər.
 
Qeyd edək ki, Cəmşid Xeyrabadi ötən ilin sonunda yunan-Roma güləşi üzrə millimizin baş məşqçi postunda Saleh Boranı əvəzləyib. Onunla 2 illik müqavilə imzalanıb. Türkiyəliyə gəlincə, bu mütəxəssisisin London olimpiadasındakı nəticəsi (1 gümüş və 1  bürünc) AGF-ni qane etmədiyindən, federasiya onunla müqaviləni artırmağı lüzum görməmişdi. Anadolulu mütəxəssis isə 2011-ci ilin payızında Fərid Mansurovun yerinə gəlmişdi. Olimpiya çempionumuzdan qabaq isə millimizə uzun müddət Elçin Cəfərov başçılıq edib. Pəhləvanlarımız məzh bu titullu məşqçinin dövründə tarixi uğurlara imza atmışdı.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.