21 noyabr 2013 16:40
"Cəmşid Xeyrabadi postunda qalacaq"
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov yunan-roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadinin mümkün istefası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Cəmşid Xeyrabadi postunda qalacaq. O, gələndən sonra qaydalar dəyişdi. Bu, istər-istəməz nəticəyə təsir edən amildi. Bu mövsüm liderlər də bütün turnirlərdə çıxış etmədilər. Bu da müəyyən təsirini göstərdi. Gələn il komanda tam komplektləşəcək. Ümid edirik ki, ondan sonra işlər qaydasına düşəcək".
