21 noyabr 2013 14:51
"Komandamızın qarşısına yüksək nəticələr qazanmaq tapşırığı qoyulub"
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Bakıda təşkil olunan Qızıl qran-pri turnirinin açılışı münasibətilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qran-priyə yüksək səviyyədə hazırlaşmışıq. Böyük heyətlə təmsil olunacağıq. Yeni model güləş xalçası alınıb. O, bu yarışda istifadə olunacaq. Komandamızın qarşısına yüksək nəticələr qazanmaq tapşırığı qoyulub".
