21 noyabr 2013 00:43
FİLA-nın nümayəndəsi və AGF-nin baş katibi Qızıl Qran Pridən danışacaq
Noyabrın 22-dən 24-nə qədər Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq turnirdə 32 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq.
Noyabrın 21-də saat 14:00-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə həsr olunan mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında FİLA-nın nümayəndəsi Çaba Heqeduş və Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov iştirak edəcək.
