18 noyabr 2013 13:05
Mariya Stadnik Bakı Qızıl qran-prisində!
Milli komandamızın lideri Mariya Standik (48 kq) 22-24 noyabrda “Sərhədçi” Olimpiya İdman Kompleksində keçiriləcək FİLA-nın “Qızıl qran-pri” turnirinin final mərhələsinə qatılacaq. Azerisport.az xəbər verir ki, bu dəfə o, yarışda tamaşaçı kimi iştirak edəcək.
Titullu güləşçinin həyat yoldaşı, Ukrayna millisinin aparıcı üzvü Andrey Stadnik (66 kq) saytımızın əməkdaşı söhbətdə hər şeyin qaydasında olduğunu, Mariyanın Lvovda məşqlərini davam etdirdiyini deyib:
“Maşa artıq formadadı (gülür). Biz Bakıda keçiriləcək beynəlxalq “Qızıl qran-pri” turnirinə gələcəyik. O, yarışı izləyənlər sırasında olacaq. Duzu, o, Azərbaycan paytaxtı üçün çox darıxıb. Komanda yoldaşlarını da görmək istəyir. Prinsipcə, federasiya ilə daim qarşılıqlı telefon əlaqələrimiz olub.
Gələn ildən artıq Azərbaycan millisinin düşərgəsinə qatılacaq. Mariya əvvəlki kimi iddialıdı. İnanıram ki, yeni qələbələri ilə ölkənizi bir daha sevindirəcək”.
Qeyd edək ki, olimpiya mükafatçımız London-2012-dən sonra ikinci dəfə ana olduğu üçün, yığmamızdan müvəqqəti ayrılmışdı.
