11 noyabr 2013 14:14

Bu gün Şərif Şərifovun 25 yaşı tamam olur

Bu gün London Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Şərif Şərifovun ad günüdü. Azerisport.az xəbər verir ki, 84 kq çəkidə milli komandamızın lideri ötən il Dumanlı Albionda keçirilmiş “dördillik”də Toğrul Əsgərovdan (60 kq) sonra növbəti baş mükafata sahib çıxaraq, Azərbaycan idmanında tarix yazdı. Buna qədər olimpiyaçılarımız bu mötəbər oyunlarda 2 qızıl medal qazanmamışdılar.

Təcrübəli sərbəst güləşçi 1988-ci ilin noyabrın 11-də Dağıstan respublikasının Çarodin rayonunun Qunux kəndində dünyaya gəlib. Milliyətcə avar olan Şərif, pəhləvanlıq sənətinə ilk addımlarnı uşaq vaxtından Kizlərdə atıb. Sonra Mahaçqalaya gələrək, çalışmalarını Rusiyanın əməkdar məşqçisi Ənvər Məhəmmədhacıyevin rəhbərliyi ilə davam etdirib.
 
Şərifov 2008-ci ildən könüllu olaraq, Azərbaycan bayrağı altında çıxış etməyə başlayıb. Böyük nailiyyətləri də burada təsadüf edib. Bakıda şəxsi məşqçisi Firdovsi Umudovun rəhbərliyi ilə ilk ciddi uğuru 2009-cu ildə olub. Danimarkada təşkil olunmuş dünya çempionatında bürünc mükafata sahib çıxıb.
 
Bir il sonra Bakıda qitənin ən güclələrinin yarışında 2-ci yer tutub. 2011-ci ildə İstanbulda dünya çempionu adını qazanan Şərif, həm də London-2012-yə vəsiqə alıb. Olimpiadada uğuruna görə, ölkə başçısı İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülüb.
 
Azersport.az saytının kollektivi titullu idmançını təbrik edir, ona can sağlığı, uzun ömür və karyerasında bundan sonra da uğurlar arzulayır.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.