9 noyabr 2013 23:27
Sabah Moskvada Azərbaycan - Ermənistan görüşü keçiriləcək
Moskvada güləş komandaları arasında Avropa kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gün rəqabətə “klasskilər” qoşulublar.
Hər 2 kollektiv döyüşə ikinci heyəti atıb. Gərgin keçən mübarizədə meydan sahibləri minimal fərqlə seviniblər - 4:3
Millimiz qrupda növbəti görüşünü türkiyəli həmkarlarına qarşı keçirib. Bu hesab da, 4:3 bitib. Amma bizim xeyrimizə. Seçməmiz yekunda 3-cü yer tutub.
Sabah bahadırlarımızı prinsipal qarşılaşma gözləyir. Moskva vaxtı ilə saat 12:00-da 5-ci yer uğrunda Azərbaycan - Ermənistan matçı baş tutacaq.
Finalda Türkiyə ilə Gürcüstan üz-üzə gələcək. Bürünc mükafat üçün Rusiya və Bolqarıstan komandaları xalça üzərinə çıxacaqlar.
