9 noyabr 2013 17:55

Yığmamızın üzvləri Dövlət Bayrağı meydanını ziyarət etdi (FOTOLAR)

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvləri, Olimpiya, Dünya və Avropa çempionları və mükafatçıları Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayraq Meydanını ziyarət ediblər. Azerisport.az xəbər verir ki, Dövlət Bayraq Meydanı ilə tanışlıq zamanı güləşçilərə kompleksin yaranış tarixi barədə geniş məlumat verilib. Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycanda 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilməyə başlanılıb. Həmçinin, 1 sentyabr 2010-cu il tarixində Dövlət Bayraq Meydanının açılış mərasimi həyata keçirilib.
 
Daha sonra güləşçilər Dövlət Bayrağı Muzeyini gəzərək, oradakı eksponatlarla, tarixən Azərbaycan xalqının sahib olduğu bayraqlarla və dövlət rəmzləri ilə yaxından tanış olublar.
 
Ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri prezident ştandartı (bayrağı), Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, mərasim geyimləri və orta əsr Azərbaycan dövlətlərinin bayraqları, qədim silahlar güləşçilərin xüsusi marağına səbəb olub.
 
Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov qatıldıqları mötəbər beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldıran güləşçilərimizin Dövlət Bayrağı Meydanını ziyarət etməsinin onların milli-vətənpərvərlik ruhunda tərbiyə olunması, öz tariximizə və mədəniyyətimizə dərindən bələd olması məqsədini daşıdığını bildirib.
 
Olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifov olimpiada həyəcanını yenidən yaşadıqlarını, Azərbaycan bayrağını yüksəklərə qaldırdıqları üçün qürur hissi keçirdiklərini söyləyib, bundan sonra da yüksək əzmkarlıq nümayiş etdirərək bayrağımızın daim yüksəklərdə dalğalanması üçün çalışacaqlarını bildiriblər.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.