8 noyabr 2013 19:27

AGF-nin I vitse-prezidenti: Uğur qazanmaq hər bir güləşçinin öz əlindədi (FOTOLAR)

Noyabrın 22-dən 24-dək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalar yarış öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində gündə 2 dəfə - səhər və axşam məşqləri olmaqla davam etdirir.
 
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev mütəmadi olaraq Olimpiya Güləş Mərkəzində yığma komandaların üzvləri ilə görüşür, hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlığının vəziyyəti və sağlamlıqları ilə yerində maraqlanıb. Federasiya rəsmisi Bakıda keçiriləcək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi ərəfəsində sərbəst güləş yığmasının üzvləri və məşqçilər korpusu ilə görüşüb.
 
İdmançıların fiziki hazırlıqla yanaşı, psixoloji hazırlığa da ciddi diqqət yetirmələrinin vacibliyini bildirən Namiq Əliyev güləşçilər üçün hər cür şəraitin yaradıldığını deyib:
 
"Uğur qazanmaq hər bir güləşçinin öz əlindədi. Nizam-intizama, məşqçilərin tapşırıqlarına vaxtlı-vaxtında əməl edən idmançı nailiyyət qazanır. Nailiyyətlərin davamlı olması üçün isə fasiləsiz hazırlıq keçmək lazımdır. Bu gün güləşçilərin hazırlığı üçün hər bir şərait yaradılıb. Ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin güləş idman növünə və güləşçilərimizə diqqəti çox böyükdü. Çalışıb ölkə rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaq lazımdı".

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.