6 noyabr 2013 14:30
Avropa kubokunun başlanma saatı bilindi
8-10 noyabrda Moskvada keçiriləcək güləş üzrə Avropa kubokunun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, ilk gündə rəqabətə qadın pəhləvanlar başlayacaqlar.
Görüşlər saat 10:00-da start götürəcək. Xanımların yarışında bizimlə yanaşı, Ukrayna, Rusiya, Polşa, Almaniya və Bolqarıstan kollektivləri xalça üzərinə çıxacaqlar.
Ayın 9-da “sərbəstlər” mübarizəyə qoşulacaqlar. Bu növdə Rusiya paytaxtına milil komandamız yollanmayıb. Ertəsi gün meydan yunan-Roma güləşçilərin ixtiyarına veriləcək.
Qrupla görüşlər saat 12:00-da başlayacaq. Adıçəkilən proqramda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan və Ermənistan yığmaları iştirak edəcəklər.
