4 noyabr 2013 14:00

Yunan-Roma və qadın güləşçilərimiz Avropa Kuboku uğrunda yarışacaq

8-10 noyabr 2013-cü il tarixdə Moskvada güləş üzrə Avropa Kuboku yarışları keçiriləcək. Azerisport.az Azərbaycan güləş federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, reqlamentə əsasən, Avropa çempionatında komanda hesabında ilk altılığa düşən komandalar yarışda iştirak hüququ qazanır.
 
Azərbaycan Avropa Kuboku yarışlarında yunan-Roma və qadın güləşi komandaları ilə təmsil olunacaq.
 
Qadın güləşçilərimiz yığma komandanın məşqçiləri Mehman Nəcəfov və Arif Fərmanovun başçılığı altında Moskvaya yollanacaq. Heyətdə Kəmalə Əliyev (48 kq), Arzu Əliyeva (51 kq), Solmaz Həşimzadə (55 kq), Almaz İsmayılova (59 kq), Alyona Kolesnik (63 kq), Gözəl Zutova (67 kq) və Natalya Palamarçuk (72 kq) yer alıb.
 
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Seyid Rəhmani Fuadın rəhbərlik etdiyi yunan-Roma yığmasının heyətində Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Azad Əliyev (66 kq), Rüstəm Əliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.
 
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcək.
 
Qadın güləşi üzrə yarışlarda Ukrayna, Rusiya, Polşa, Almaniya, Bolqarıstan və Azərbaycan, yunan-Roma güləşi üzrə yarışlarda isə, Rusiya, Bolqarıstan, Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan komandaları mübarizə aparacaq.
 
Proqrama əsasən, noyabrın 8-də qadın güləşi üzrə, noyabrın 9 və 10-da isə sərbəst və yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.
 
(Azərbaycan güləş federasiyasının rəsmi saytı)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.