30 oktyabr 2013 13:35
Azerisportun xəbəri təsdiq olundu
Bu il Tifisdə keçirilmiş Avropa çempionatında əldə olunan uğursuzluqdan sonra, 6 ay boş qalmış sərbəst güləş millimizin sükanı arxasına bu günlərdə yeni baş məşqçinin gətiriləcəyini yazmışdıq.
Artıq azerisport-un xəbəri təsdiqlənib. Sonda 2 variant üzərində dayanmış Güləş federasiyası, həlledici məqamda Dağıstandan deyil, bir müddətdir çalışdığı Semyon Çeterova üstünlük verdi. Ötən gün bolqarıstanlı mütəxəssils rəsmi müqavilə bağlanılıb. Onunla 1+1 anlaşma imzalandığı söylənilir. Maliyyə tərəfi açıqlanmır.
Xatırladaq ki, qitənin ən güclülərinin yarışında qazanılan 2 bürünc medaldan narazı qalan AGF, London olimpiadasında millimizə ilk dəfə 2 qızıl medal qazandıraraq, buna qədər ölkəmizin ən titullu mütəxəssisi Elçin Cəfərovu arxada qoymuş baş məşqçi Seyfulla Absəidovla bu ilin yazında yolunu ayırmışdı. Ona federasiyanın baş məsləhətçisi vəzifəsi mapşırılmışdı. O vaxtdan millimizə müvəqqəti olaraq, vitse-prezident Məhəmməd Əliömərov rəhbərlik edirdi.
