28 oktyabr 2013 21:15
Çeçenistan Prezidentinin Kuboku uğrunda turnirdən 1 bürünc medal
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə V beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, məşqçilər Nazim Əlicanov və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamız 1 bürünc medal qazanıb.
96 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əlicanov həlledici görüşdə Dağıstan güləşçisi Xanəli Yusupovu məğlub edərək bürünc medala sahib olub.
