22 oktyabr 2013 13:15
Baqomedovadan iddia: Stadnikə qalib gələ bilərəm
Hazırda zədəsini sağaltmaqla məşğul olan Patimat Baqomedova, yeni mövsümə qarşısına ciddi məqsədlər qoyub. Millimizin perspektivli güləşçisi azerisport.az saytına açıqldamasında deyib ki, o, 52 kq-da olduğu kimi 48 kq çəki dərəcəsində də yaxşı səviyyədə çıxış edə bilir:
«48 kq-da da qalib olacağıma əminəm. Amma bunun üçün, ilk növbədə, daxili rəqabətdə Stadniki udmalıyam. O qayıdanda, çox güman aramızda xeyli ikitərəfli görüşlər keçiriləcək. Onun güləşməsinə və zəif yerlərinə bələdəm. Bəli, Mariyanı üstələyə bilərəm».
Qeyd edək ki, qadın güləşi üzrə millizin aparıcı üzvləri hələ yığma komanda ilə əsas məşqlərə başlamayıblar. Mariya Standik London olimpiadasından sonra analıq məzuniyyətinə çıxıb. Patimat Baqomedova isə, dizindən cərrahiyyə olunub.
