22 oktyabr 2013 18:17
Sərbəst güləşçilər Çeçenistan Prezidentinin Kuboku uğrunda yarışacaq
26-27 oktyabr 2013-cü il tarixdə Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə V beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, məşqçilər Nazim Əlicanov və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə yığma komandanın 11 üzvü iştirak edəcək. Heyətdə Namiq Sevdimzadə (55 kq), Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hər ikisi 60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev, Emin Əzizov (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev, İlya Xamikoyev (hər ikisi 84 kq), Aslanbek Alborov (96 kq), Aslan Dzebişov və Əli İsayev (hər ikisi 120 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxal dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.
Turnirin proqramına əsasən, ilk gün 55, 66, 84 və 120 kq, ikinci gün isə 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
