20 oktyabr 2013 23:45
Qitələrarası kubok: 2-ci gündə 2 medal
Bu gün Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci “Qitələrarası kubok” uğrunda beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, bu yarışda iştirak edən sərbəst güləşçilər arasında milli komandamız uğurlu nəticə göstərib.
Finala qədər maneəsiz irəliləyən Cəbrayıl Həsənov (74 kq), yekunda gümüş mükafatla kifayətlənib. 120 kq-da Aslan Cəbişov bürünc medala yiyələnib.
Qeyd edək ki, dünən daha 3 pəhləvanımız - Ruslan Surxayev (55 kq), Məhəmməd Müslümov (66 kq) və Məhəmməd Xatiyev (84 kq) bürünc medalla fərqlənmişdilər.
