20 oktyabr 2013 01:09
Qitələrarası kubok: İlk gündə 3 güləşçimiz sevindi
Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci “Qitələrarası kubok” uğrunda beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, bu yarışda sərbəst güləşçilər arasında milli komandamız da iştirak edir.
İlk mübarizə günündə uğurlu nəticə var: Ruslan Surxayev (55 kq), Məhəmməd Müslümov (66 kq) və Məhəmməd Xatiyev (84 kq) 3 bürünc medal qazanıblar.
Bu gün rəqabətə 60, 74, 96, 120 kq-larda çıxış edən pəhləvanlar qoşulacaqlar.
