18 oktyabr 2013 14:32
Sona Əhmədli hicab geyinib, namaza başlayıb
Tiflisdə keçirilmiş Avropa çempionatına yollanacaq heyətə salınmayan, dizindəki zədəsinin sağalmadığı görən Sona Əhmədli bundan depresiyaya düşüb. Amma bu, uzun sürməyib.
Azerisport.az xəbər verir ki, ölkəmizin ilk və hələlik yeganə azərbaycanlı titullu qadın güləşçisi həmin vəziyyətdən qurtulmağın ən düzgün yolunu tapıb - tək olan Allaha sığınıb, ibadətlə məşğul olmağa başlayıb.
Əldə etdiyi məlumata görə, karyerasını bitirmiş idmançı hicab geyinir və dini qaydalara tam əməl edir. Onun namaza gəlməsinə təsir edən başqa amillər, Güləş federasiyasında ibadətə yaxşı baxılması və anadan olduğu cənub zonasında İslam inancların daha yüksək olması, ibadətin geniş yayılmasıdı.
