17 oktyabr 2013 15:08

Güləş yarışlarına yeni hakimlər cəlb olunub

10-13 oktyabrda keçirilən Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika seçim turnirinin final mərhələsi və 14-15 oktyabrda keçirilən “Hünər meydanı” Respublika seçim turnirində görüşlərin idarə olunmasında yeni milli hakimlər də iştirak edib. Azerisport.az xəbər verir ki, görüşlərin idarə edilməsində iştirak edən yeni milli hakimlər üçün yarışdan öncə və yarış günlərində hakimlik kursu təşkil edilib.
 
AGF Hakimlər Kollegiyasının sədri, Olimpiya dərəcəli hakim Bəhmən Talebi tərəfindən keçirilən kursun məqsədi hakimliyə namizədlərin həvəsini, biliyini və təcrübəsini artırmaq, onların arasından seçim edib milli və gələcəkdə beynəlxalq dərəcəli hakimliyə layiq olanları müəyyən etmək, gələcək yarışlarda iştirakını təmin etməkdir.
 
Olimpiya Güləş Mərkəzində baş tutan kursda iştirakçılara FİLA-nın yeni qaydaları nəzəri və praktiki formada izah olunub.
 
 Kursda iştirak edən namizədlərdən Xəzər Allahverdiyev, Elgün Məmmədov, Xəyal Əliyev, Rövşən Quliyev, Bəşir İsazadə, Zaur Şərifov, Ceyhun Salmanov, Həbib Nurlu, Nizami Axundov və Kənan Novruzov milli hakimliyə layiq görülüb və onların gələcəkdə Respublikadaxili yarışlarda milli hakim kimi fəaliyyətinə qərar verilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.