17 oktyabr 2013 00:07
Qadın güləşimizdə intriqa
Qadın güləşçilər arasında milli komandamızın ən yüngül çəkisində intriqa yaranır. Azerisport.az saytı xəbər verir ki, buna səbəb, perspektivli idmançı Fatimə (Patimat) Baqomedovanın gələn mövsümdən qəti olaraq 48 kq-da çıxış etməsidi.
İnişil İstanbulda keçirilmiş dünya çempionatında 51 kq çəkidə bürünc medal qazanan gənc xanım pəhləvan, bu il lider Mariya Stadnikin yoxluğunda, Tiflisdə qitənin ən güclülərini yarışında 48 kq-da mübarizə apardı və yenə 3-cü yeri tutdu.
Nəzərinizə çatdıraq ki, Baqomedovanın komanda yoldaşı nəinki Azərbaycanın, dünyanın ən titullu qadın güləşçilərindən sayılır. O, London-2012-nin gümüş və Pekin-2008-in bürünc mükafatçısı; dünya çempionu (2009) və gümüş medalçısı (2011), 3-qat Avropa çempionudu (2008, 2009, 2011).
