15 oktyabr 2013 11:39

Tarix yazan idmançımız karyerasını başa vurub (FOTO)

Qadınlardan ibarət milli komandamızın təcrübəli üzvü Sona Əhmədli, xeyli müddətdi güləş arenalarında və məşqlərdə görünmür. Bunun səbəbi ilə bağlı ictimaiyyətə nə Güləş federasiyası, nə də idmançının özü məlumat yaydığından, azerisport.az araşdımaya başlayıb. Bəlli olub ki, xanım pəhləvanımız cari mövsüm karyerasını bitirib.
 
Deyilənlərə görə, güləşçimiz ötən il zədə üzündən cərrahiyyə olunub. Amma bu, fayda verməyib. Əksinə, problemli əzası - dizinə su yığılmağa başlayıb. Müayinə nəticəsində Sonanın əməliyyatının uğurlu keçmədiyi aşkarlanıb. Bunu AGF-in həkimləri də təsdiqləyiblər.
 
Sonrakı müalicənin elə bir səmərəsi olmayıb. Əldə etdiyimiz məlumata görə, güləşçi əvvəl-əvvəl böyük idmanla vidaşmağa tələsməyib. Məşqlərini ara-sıra əski yükdə olmasa da, davam etdirib. Hətta bir ara səhhətində dönüş yaranıb. Dizində su çəkilib. Lakin müvəqqəti. Xoşagəlməz hal geri qayıdan kimi, dizi yenə şişməyə başlayıb.
 
Tibb mütəxəssisləri onun özünə gəlməsi üçün, çox zamana ehtiyac olduğunu deyiblər. Amma çalışmalarda geri qaldığını, bu vəziyyətdən əsəblərinin qarışdığını görən güləşçi, karyerasını bitirməyə qərar verib.
 
Qeyd edək ki, 55-59 kq-da çıxış etmiş Sona Əhmədlinin mötəbər beynəlxalq arenalarda uğuru var. O, 2010-cu ildə Bakıda keçirlmiş Avropa çempionatının qızıl mükafatçısıdır. Bu qələbədən 2 il sonra o, eyni yarışda 3-cü yer tutub.
 
Planetin ən güclülərinin yarışmasınında idmançımızın ən böyük nailiyyəti 2009-cu ilə təsadüf edib. 2011-ci ildə İstanbulda təşkil olunmuş dünya çempionatında isə, o, bürünc medal qazanıb.
 
2007-ci ildə cüdonu bu milli idman növünə dəyişən Sona Əhmədli, mötəbər beynəlxalq arenalarda uğura yetişən ilk və hələlik yeganə azərbaycanlı qadın güləşçi kimi də tarixə düşüb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.