14 oktyabr 2013 11:53

Vitali Rəhimov: 1-ci Avropa oyunları son şansımdı

Yunan-Roma milli komandamızın aparıcı güləşçisi Vitali Rəhimov (66 kq) yeni mövsümə hazırlaşır. Titullu bahadırın hədəfi qarşıdan gələn mötəbər yarışlarda uğur qazanmaqdı. Azerisport.az saytına müsahibəsində, o, son durumu və gələcək planlarından danışıb:
 
- Bir neçə gündür ki, yığma komanda bir araya gəlib. Hazırda mən də millinin düşərgəsindəyəm. Fasilə zamanı isə, formadan düşməmək üçün, fərdi qaydada, həftədə 3 dəfə məşq edirdim.
 
- London oyunlarından sonra, karyeranızı bitirməyinizlə bağlı söz-söhbət gəzirdi.
- Olimpiadadan sonra məşq etmədim. Yavaş-yavaş böyük idmandan uzaqlaşmaq istəyirdim. Amma duşunəndə, gördüm ki, hələ tezdi (gülür). Çalışmaları bərpa etdim. Qarşıma, 1-ci Avropa olimpiadasında iştirakı məqsəd qoydum.
 
- Demək, doğma divarda yaşayacağınız ovqat sizi yenidən güləş xalçasına qaytardı.
- Karyeramı yaxşı sonluqla, daha dəqiq, qızıl medalla başa vurmaq istəyirəm. Zənnimcə, alınar. Baxmayaraq ki, komandamızda xeyli gənc var.
 
- Fevralda İstanbulda Vəhbi Əmrənin xatirəsinə keçirilmiş ənənəvi turnirdə iştirak etdiniz. Yaxşı yadımdadı, 3-cü yeri tutmuşdunuz. Elə orada sizdən canlı açıqlama almışdım. Amma sonradan beynəlxalq arenalarda görünmədiniz. Səbəb nə idi?
- İndi heç bir yarışda iştirak etmirəm. İstəsəm, edərəm. Amma qoxruram, hər hansı bir uğursuzluq məni «sındırar». Hiss edirəm ki, hələ hazır deyiləm. Zamanı gələndə, vaxtı çatanda, heç zaman olmadığım kimi, hazır olacağam.
 
- Sizcə, alınacaqmı?
- Fikrimcə, alınar. Hərçənd çoxu deyir ki, yaşlaşmışam, dövrüm bitib. Amma bu, işin xeyrinədi. Qoy nə düşünürlər, düşünsünlər. Sübut etmək istəyirəm ki, heç də belə deyil. Qalib gələ bilərəm. 1-ci Avropa oyunları son şansımdı. Bunu əldən vermək istəmirəm. Təbii, hamısı mənim planlarımdadı. Alınmağı isə, Uca Allahın əlindədi.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.