11 oktyabr 2013 18:33
Fatimə Baqomedova: Məşqlərə yanvarda başlayacağam
“Bir ay öncə dizimdən əməliyyat olunmuşam. Ona görə, hələlik məşq etmirəm”. Bunu azerisport.az saytına açıqlamasında qadın güləşçilərdən ibarət milli komandamızın aparıcı üzvü Fatimə Baqomedova deyib.
Dünya və son Avropa çempionatının bürünc mükafatçısı bildirib ki, gələn ilin əvvəlində məşqləri bərpa edəcək:
“Tiflisdə keçirilmiş qitə çempionatında diz bağımda azacıq dartılma oldu. Boqlarıstanda (dünya çempionatını nəzərdə tutur - red) dizimdəki problem daha böyüdü. Belədə, əməliyyat olunmağım lazım bilindi. Yanvarda yava-yavaş çalışmalara başlayacağam. Ümid edirəm, növbəti qitə çempionatına hazır olacağam”.
