6 oktyabr 2013 12:14
Azərbaycan güləşçiləri Avropa kubokuna yollanacaqlar
8-11 noyabrda Moskvada güləş üzrə milli komandalar arasında Avropa kuboku keçiriləcək. Bu barədə azerisport.az-a Gənclər və İdman Nazirliyindən xəbər verilib.
Adıçəkilən sınaqda 2 növdə mübarizə aparacığıq. Qadınlar və yunan-Roma güləşçilərimiz bir daha şanslarını nəzərdən keçirəcəklər.
Rusiya paytaxtına yollanacaq heyət bu ayın sonu müəyyənləşəcək.
