22 sentyabr 2013 14:55
Saman və Şalva DÇ-2013-də belə mükafatlandırıldı (FOTO, VİDEO)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün 84 kq -da mübarizə aparan Saman Təhmasibi finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Almaniya, Macarıstan, Gürcüstan və Finlandiyadan olan rəqiblərini üstələyən güləşçimiz, finalda İran təmsilçisi ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə İran güləşçisi üstün olub, Saman Təhmasibi gümüş medal qazanıb.
96 kq -da Şalva Qadabadze ardıcıl olaraq Çexiya, Norveç və Belarusdan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Gərgin keçən görüşü qələbə ilə başa vuran güləşçimiz Dünya çempionatının bürünc medalını qazanıb. İdmançılarımızın mükafatlandırma mərasimindən görüntüləri təqdim edirik.
