23 sentyabr 2013 00:01
DÇ-nin son günündə də medalsız qaldıq (FOTOREPORTAJ)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, yarışların son günündə yunan-Roma güləşi üzrə 66, 74 və 120 kq çəkidə idmançılar mübarizəyə qoşulub.
66 kq -da 1/32 finaldan mübarizə başlayan Dünya və Avropa çempionumuz Həsən Əliyev yarımfinala qədər inamla irəliləyib. Buna qədər Xorvatiya, Qırğızıstan, Türkiyə və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Xüsusilə London Olimpiya Oyunlarının gümüş mükafatçısı olan macar güləşçisi ilə keçən görüş çox gərgin olub. Pekin Olimpiya Oyunlarının qalibi İslambek Albiyevlə yarımfinal görüşündə məğlub olan Həsən Əliyev bürünc medal uğrunda görüşə çıxıb. Ancaq güləşçimiz rəqibinə məğlub olub və Dünya çempionatını beşinci sırada tamamlayıb.
1/32 final - Dominik Otlinger (CRO) - Həsən ƏLİYEV (0:3)
1/16 final - Ruslan Tiumenbayev (KGZ) - Həsən ƏLİYEV (0:7)
1/8 final - Həsən ƏLİYEV - Yüksel Atakan (TUR) (3:1)
1/4 final - Tamas Lorincz (HUN) - Həsən ƏLİYEV (2:5)
1/2 final - İslambek Albiyev (RUS) - Həsən ƏLİYEV (10:1)
Bürünc medal görüşü - Frank Staebler (GER) - Həsən ƏLİYEV (4:2)
74 kq çəkidə təmsilçimiz Rafiq Hüseynov ardıcıl olaraq Serbiya və Xorvatiyadan olan rəqiblərini məğlub etsə də, Türkiyə təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin yarımfinalda uduzması ilə güləşçimiz bürünc medal şansını da itirib.
1/32 final - Viktor Nemes (SRB) - Rafiq HÜSEYNOV (1:6)
1/16 final - Neven Zugaj (CRO) - Rafiq HÜSEYNOV (3:8)
1/8 final - Rafiq HÜSEYNOV - Emrah Kuş (TUR) (1:3)
120 kq çəkidə Zaur Mehrəliyev mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşündə London Olimpiya Oyunlarının gümüş mükafatçısına məğlub olsa da, rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq imkanı verib. Ancaq güləşçimiz bu imkanı dəyərləndirə bilməyib.
1/8 final - Zaur MEHRƏLİYEV - Heiki Nabi (EST) (0:3)
Təsəlliverici görüş - Kamil Blonski (POL) - Zaur MEHRƏLİYEV (4:0)
