22 sentyabr 2013 00:23
DÇ-2013-ün son günündəki rəqiblərimiz bəlli oldu
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün - yarışların son günündə yunan-Roma güləşi üzrə 66, 74 və 120 kq çəkidə idmançılar mübarizəyə qoşulacaq.
66 kq
1/32 final - Dominik Otlinger (CRO) - Həsən ƏLİYEV
74 kq
1/32 final - Viktor Nemes (SRB) - Rafiq HÜSEYNOV
120 kq
1/8 final - Zaur MEHRƏLİYEV - Heiki Nabi (EST) / Kamil Blonski (POL)
İlk görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
