20 sentyabr 2013 20:14
DÇ-nin beşinci günündə də medalsız qaldıq (FOTOREPORTAJ)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların beşinci günündə qadın güləşi üzrə 67 və 72 kq, yunan-Roma güləşi üzrə idmançılar mübarizəyə qoşulub.
Azərbaycan güləşçiləri iki çəkidə yarışıb.
67 kq çəkidə mübarizə aparan Gözəl Zutova ilk görüşünü qələbə ilə başa vursa da, növbəti görüşdə Kanada güləşçisinə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı versə də, Gözəl Zutova bu şansı dəyərləndirə bilməyib.
1/8 final - Gözəl ZUTOVA - Elmira Sizdikova (KAZ) (6:0)
1/4 final - Gözəl ZUTOVA - Stacie Anaka (CAN) (1:9)
Təsəlliverici görüş - Nasanburma Oçirbat (MGL) - Gözəl ZUTOVA (7:0)
55 kq çəkidə təmsilçimiz Orxan Əhmədov Türkiyə və Hindistandan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Ancaq 1/4 finalda hakimlərin qeyri-obyektiv qərarı ilə qələbə Rusiya güləşçisinə verilib. Yığma komandanın rəhbərliyi FİLA Hakimlər Kollegiyasına öz etirazını bildirib.
1/16 final - Fatih Üçüncü (TUR) - Orxan ƏHMƏDOV (0:4)
1/8 final - Şarma Gaurav (IND) - Orxan ƏHMƏDOV (0:8)
1/4 final - İvan Tatarinov (RUS) - Orxan ƏHMƏDOV (3:2)
