20 sentyabr 2013 00:17
Azərbaycan DÇ-nin 4-cü günündə (FOTOREPORTAJ)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların dördüncü günündə qadın güləşi üzrə 55, 59 və 63 kq çəkidə güclülər müəyyənləşib. Azərbaycan güləşçiləri iki çəkidə mübarizə aparıb. 59 kq çəkidə təmsilçimiz Yuliya Ratkeviç yarımfinala qədər bütün rəqiblərini vaxtından əvvəl və təmiz qələbə ilə (tuşe) məğlub edib. Yarımfinalda bolqar təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Ukraynadan olan rəqibini üstələyən Yuliya Ratkeviç Dünya çempionatının bürünc medalını qazanıb. 63 kq-da mübarizə aparan İrina Netreba ilk görüşündə qalib gəlsə də, qələbənin davamını gətirə bilməyib. İkinci görüşü uduzan güləşçimizin rəqibi finala yüksələ bilmədiyindən İrina Netreba mübarizəni medalsız tamamlayıb.
