20 sentyabr 2013 00:12
Azərbaycan DÇ-2013-ün 5-ci günündə Türkiyə və Qazaxıstana qarşı
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışların beşinci günündə qadın güləşi üzrə 67 və 72 kq, yunan-Roma güləşi üzrə idmançılar mübarizəyə qoşulacaq.
Azərbaycan güləşçiləri iki çəkidə yarışacaqlar.
67 kq
1/8 final - Gözəl ZUTOVA - Elmira Sizdikova (KAZ)
55 kq
1/16 final - Fatih Üçüncü (TUR) - Orxan ƏHMƏDOV
İlk görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
