19 sentyabr 2013 00:55
AGF-in I vitse-prezidenti üçqat Olimpiya çempionu ilə görüşdü (FOTO)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışı izləyənlər arasında üçqat Olimpiya çempionu Aleksandr Medved də var.
Tanınmış idman veteranı ilə görüşən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev onun dünya güləşinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Görüşdə Olimpiya Oyunlarında güləşin saxlanılması, güləş qaydalarına edilən dəyişikliklər və dünya çempionatında güləşçilərin çıxışları müzakirə edilib.
Aleksandr Medved öz növbəsində beynəlxalq yarışlarda Azərbaycan yığmasının çıxışlarını daim izlədiyini bildirib, güləşçilərimizə qarşıdakı yarışlarda uğurlar arzulayıb.
