18 sentyabr 2013 00:08
Azərbaycan üçün DÇ-də daha iki medal qazanmaq şansı
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə sərbəst güləş üzrə 74 kq və qadın güləşi üzrə 48 və 55 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.
Güləşçilərimiz 2 çəki dərəcəsində ölkəmizi təmsil edəcək.
74 kq
1/16 final - A.Batçuluun (MGL) - Cəbrayıl HƏSƏNOV
48 kq
1/16 final - Yana Stadnik (GBR) - Anjela DOROQAN
İlkin görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
